BAKI, 7 aprel. TELEQRAF

Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1.95% azalaraq 3.7612 ABŞ dollarına bərabər olub.

Teleqraf xəbər verir ki, Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyərində 0,06% artım baş verib. Beləliklə, qazın meqavat-saatı 36.5 avroya bərabər olub.