
BAKI, 7 aprel. TELEQRAF
"Ağır oyun alındı".
Teleqraf xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev evdə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXIX tur matçından sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib: "Sonuncu dövrədə 4 gündən bir oynayırıq. Düşünürəm ki, futbolçular meydançada yaxşı iş ortaya qoydular. Bilirik ki, mövsümün sonudu, nə qədər önümüzdəki oyunlara köklənərsək, özümüz üçün daha faydalı olacaq. Komandamı qələbə münasibəti ilə təbrik edirəm".
Qeyd edək ki, "Araz-Naxçıvan" 51 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.