
BAKI, 8 aprel. TELEQRAF
“Vaşinqton və Tehran birbaşa məsləhətləşmələr aparır. ABŞ İranın nüvə proqramı məsələsini danışıqlar yolu ilə həll etməyə üstünlük verir”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Ağ Evdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşdə jurnalistlərin suallarını cavablandıran Prezident bildirib ki, İranla birbaşa danışıqlar aparırlar: "Proses şənbə günü davam edəcək. Çox vacib danışıqlar olacaq”.