BAKI, 7 aprel. TELEQRAF

Mənəvi Dəyərlərin Təbliği Fondu “Hər məsciddə kitabxana” layihəsi çərçivəsində məşhur məscidlərdə kitab rəfləri hazırladacaq.

Teleqraf xəbər verir ki, Fond bununla bağlı tender elan edib.

Tenderin ehtimal olunan qiyməti 171 min 731,30 manat, iştirak haqqı isə 250 manatdır. Tenderə ümumilikdə 250 kitab dolabının hazırlanması və ölkə üzrə 250 məscidə çatdırılması işləri daxildir.

Bu məscidlərə Binəqədi rayonunda “Heydər” məscidi, Yasamal rayonunda “Hacı Cavad” məscidi, Nizami rayonunda “Sahib əz-Zaman” məscidi, Nizami rayonu, Keşlə qəsəbəsində “Şah Abbas” məscidi, Qaradağ rayonu Müşfiqabad qəsəbə məscidi, Səbail rayonunda İçərişəhər “Cümə” məscidi, Suraxanı rayonunda “Fatimeyi-Zəhra” məscidi və s. aiddir.