GORANBOY, 7 aprel. TELEQRAF

Goranboyda dana yaşlı qadına xəsarət yetirib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Goranboy rayonunun Veyisli kəndində 70 yaşlı Qələmkar Məmmədovaya həyətində saxladığı dana xəsarət yetirib.

Qeyd edək ki, əslən Kəlbəcər rayonunun Bağırlı kəndindən olan Q.Məmmədova Goranboya məcburi köçkün kimi məskunlaşmışdı.

Yaşlı qadın yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

Qadının vəziyyəti orta-ağırdır.