
BAKI, 7 aprel. TELEQRAF
“Tesla” avtomobil şirkətinin səhmləri həftənin ilk ticarət günündə seansdan əvvəlki əməliyyatlarda itkilərini artırıb.
Teleqraf xəbər verir ki, şirkətin səhmləri 10%-dən çox ucuzlaşaraq 214,80 dollara qədər geriləyib.
Son enişlə birlikdə “Tesla” səhmləri dekabr ayının ortasında çatdığı rekord səviyyədən 50 faiz ucuzlaşıb. Trampın seçkilərdə qələbəsindən sonra səhmlər yüksəlməyə başlasa da, şirkətin rəhbəri İlon Maskın həm ABŞ-də, həm də xaricdə siyasi mübahisələrə qarışması istehlakçılar arasında narahatlıq yaradıb, müəssisəyə qarşı boykot çağırışları güclənib.