
BAKI, 7 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Pekinin Amerikanın rüsumlarına qarşı cavab tədbirlərini ləğv etməyəcəyi təqdirdə, aprelin 9-dan etibarən Çin mallarına 50 faizlik əlavə gömrük rüsumları tətbiq edəcəyi ilə hədələyib.
Teleqraf xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.
Amerika prezidenti xatırladıb ki, Çin dünən ABŞ-yə qarşı 34 faizlik əlavə rüsumlar tətbiq edib.
“Çin uzun müddətdir davam edən ticarət sui-istifadələri ilə yanaşı, sabaha qədər 34 faizlik artımını geri götürməsə, Birləşmiş Ştatlar 9 aprel 2025-ci il tarixindən etibarən Çinə 50 faizlik əlavə rüsum tətbiq edəcək. Bundan başqa, Çinlə onların bizimlə tələb etdikləri görüşlərlə bağlı bütün danışıqlar dayandırılacaq”, - Tramp vurğulayıb.