
BAKI, 7 aprel. TELEQRAF
Fransa, Misir və İordaniya liderləri Qəzza zolağındakı vəziyyətlə bağlı üçtərəfli görüşü zamanı ABŞ prezidenti Donald Trampla telefonla danışıblar.
Teleqraf xəbər verir ki, bu barədə “Agence France-Presse” Yelisey sarayına istinadən xəbər verib.
“Fransa Prezidentinin təşəbbüsü ilə Qəzzadakı vəziyyəti müzakirə etmək üçün ABŞ lideri Donald Tramp, Misir Prezidenti Əbdülfəttah Əs-Sisi, İordaniya Kralı II Abdullah və Fransa lideri Emmanuel Makronun iştirakı ilə görüş təşkil edilib”, - agentlik Fransa Prezidentinin administrasiyasından sitat gətirib.
Qeyd edək ki, Misir, Fransa və İordaniya liderləri Qahirədə Qəzza zolağındakı vəziyyətlə bağlı üçtərəfli danışıqlar aparıblar. Görüşdən sonra onlar anklavda atəşkəs razılaşmasının bərpasına çağıran bəyanatla çıxış ediblər.