BAKI, 7 aprel. TELEQRAF

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.

Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildiriblər ki, Daşkəsən rayon sakini A.Abbaslıya əl nahiyyəsindən kəsici-deşici alətlə xəsarət yetirilib.

Qeyd edək ki, A.Abbaslı Daşkəsən Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimidir.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini 28 yaşlı Şahin Əliyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.