
BAKI, 7 aprel. TELEQRAF
Türkiyə Super Liqasının 30-cu turunun oyununda “Beşiktaş” səfərdə “Kasımpaşa” klubu ilə heç-heçə edib (1:1).
Teleqraf xəbər verir ki, meydan sahibləri 14-cü dəqiqədə Ben Ouanesin qolu ilə önə keçiblər. “Qara qartallar” məğlubiyyətdən 89-cu dəqiqədə portuqaliyalı Jedson Fernadesin penaltidən vurduğu qolla yaxa qurtarıblar.
“Beşiktaş” oyunun böyük qismini azlıqda keçirib. Matçın 44-cü dəqiqəsində Tayyip Talha Sanuç meydandan qovulub.
Hazırda “Beşiktaş” 48 xalla (28 oyun) 4-cü yerdədir. “Kasımpaşa” isə 39 xalla (29 oyun) 7-ci sırada mövqe tutub.