BAKI, 7 aprel. TELEQRAF

Payızda Moldovada keçiriləcək parlament seçkiləri ilə hakimiyyət dəyişikliyindən sonra Kişinyov Moskva ilə strateji tərəfdaşlığını bərpa edəcək.

Teleqraf xəbər verir ki, bunu Moldovanın keçmiş prezidenti, Sosialist Partiyasının sədri İqor Dodon Rusiya səfiri Oleq Ozerovla görüşündən sonra deyib.

“Hazırda ölkələrimiz arasında ikitərəfli münasibətlər ən aşağı səviyyədədir. Mən öz növbəmdə (Prezident) Maya Sandunun 6 aydır səfirin etimadnaməsini qəbul etməməsindən təəssüfləndiyimi bildirərək, bunun Moldovanın müasir tarixində görünməmiş bir hal olduğunu vurğuladım. Əmin olduğumu bildirdim ki, parlament seçkilərindən sonra Rusiya ilə strateji tərəfdaşlığı tam şəkildə bərpa edəcəyik”, - sabiq prezi“ent vurğulayıb.