
BAKI, 7 aprel. TELEQRAF
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin dəyəri 0,19% azalaraq 3030.73 ABŞ dollarına bərabər olub.
Teleqraf birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə aprel fyuçerslərinin qiyməti isə 1,79% artaraq 30.086 ABŞ dolları təşkil edib.