
BAKI, 7 aprel. TELEQRAF
Türkiyənin Qaziantep bölgəsinin Şehitkamil bələdiyyəsinin sədri Umut Yılmaz təmsil olunduğu Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verib.
Teleqraf haber7.com saytına istinadən xəbər verir ki, U.Yılmaz İstanbul Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun həbs olunmasından sonra partiyası ilə bağlı heç bir paylaşım etməyib.
O, bələdiyyə rəhbərlərinin saxlanılmasına da münasibət bildirməyib.
İstefa verən CHP təmsilçisinin partiya rəhbərliyi ilə fikir ayrılığı yaşadığı iddia olunur.