.jpg)
BAKI, 7 aprel. TELEQRAF
Almaniyanın “Volkswagen Group” avtomobil konserninin dəbdəbəli avtomobil markası olan “Audi” Prezident Donald Trampın tətbiq etdiyi əlavə tariflərə görə ABŞ-yə avtomobil satışını dayandırıb.
Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın aparıcı avtomobil jurnalı “Automobilwoche”da məlumat yayılıb.
“Audi” ABŞ-yə daxil olan bütün avtomobillərini hələlik saxlayacağını və dilerlərə təhvil verilməyəcəyini bəyan edib.
Məlumata görə, “Audi”nin ABŞ-də fabrikləri yoxdur və şirkət ölkədə satılan bütün avtomobillərini xaricdən idxal edir. Birləşmiş Ştatlarda ən çox satılan Q5 modeli Meksikadakı “Audi” zavodunda, qalan markalar isə Almaniya, Macarıstan və Slovakiyada istehsal olunur.