
BAKI, 7 aprel. TELEQRAF
“Sıxlığın tənzimlənməsi və intervalların azaldılması məqsədilə qatar hərəkət qrafikləri optimallaşdırılır”.
Teleqraf xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Emil Əhmədov deyib.
Onun sözlərinə görə, səhər saatlarında bir qatar “Memar Əcəmi” və “Neftçilər” stansiyalarından qaytarılaraq, sərnişin axınının daha çox olduğu “20 Yanvar” və “Koroğlu” stansiyalarına yönləndirilir.
“Günorta saatlarında isə depodan ehtiyat qatar sıxlıq çox olan “28 May” stansiyasına sərnişinsiz gətirilir.İntervalların azaldılması üçün xüsusi layihə üzərində texniki işlər aparılır ki, bu da sıxlığın tənzimlənməsinə əlavə töhfə verəcək”.