
BAKI, 7 aprel. TELEQRAF
"Azəristiliktəchizat" ASC 2024-cü il üzrə birləşdirilmiş (konsolidə edilmiş) Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun (MHBS) audit xidmətləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Teleqraf xəbər verir ki, tenderin qalibi “SR Audit Solutions” şirkəti olub.
Tenderin ehtimal olunan qiyməti 18 min 320 manat olsa da, tərəflər 9 min 440 manata razılaşıblar.
Audit işləri aprelin 3-ü başlayıb, dekabrın 30-u yekunlaşacaq.
Qeyd edək ki, “SR Audit Solutions” MMC 2017-ci ildə təsis edilib. Cəmiyyət 2019-cu ildən etibarən Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvüdür. Direktoru Səftər Vəlizadədir.