
BAKI, 7 aprel. TELEQRAF
Əfsanəvi futbolçu Devid Bekhem və həyat yoldaşı Viktoriya Bekhemin keçmiş cangüdəni Kreyq Eynsvort İspaniyada ölü tapılıb.
Teleqraf “The Sun” nəşrinə istinadən xəbər verir ki, cangüdənin anası oğlunun ölümünü sosial şəbəkə hesabında açıqlayıb.
40 yaşlı Kreyqin harada tapıldığı və necə öldüyü barədə açıqlama verilməyib.
Ölən mühafizəçi 2013-2015-ci illərdə Bekhemlərin yanında işləyib. Eynsvord daha əvvəllər Conni Depp, Cennifer Lourens və Arnold Şvartsenegger kimi məşhurların da cangüdəni olub.