
BAKI, 7 aprel. TELEQRAF
Almaniyanın “Bavariya” klubu Leroy Sane ilə müqaviləni uzatmaq istəyir.
Teleqraf “Sky Sport”a istinadən xəbər verir ki, Münhen klubu 29 yaşlı vingerə 3 illik yeni müqavilə təklif etməyi planlaşdırır. Futbolçu özü də klubda qalmaq barədə düşünür. Leroy “Bavariya”dan ayrılmamaq üçün məvacibinin azaldılmasına da razıdır.
İstedadlı futbolçu ilə “Arsenal” yaxından maraqlanır. Sane cari mövsümdə Bundesliqada 24 oyun keçirib və 9 qol vurub.