BAKI, 14 fevral. TELEQRAF

Azərbaycan Belarusdan təbii bal idxal etməyə başlayıb.

Teleqraf xəbər verir ki, ötən ilin son ayında Belarusdan 1 ton təbii bal idxal edilib.

Ümumilikdə isə, ötən il təbii bal idxalı artıb. Belə ki, 2024-cü ildə bir öncəki illə müqayisədə 35,96 ton çox – 138,52 ton təbii bal idxal edilib.

Təbii balın 49 faizi və ya 68.16 tonu Rusiyadan idxal edilib. Təbii bal idxalında ikinci yerdə 33 faizlə və ya 46.4 tonla Türkiyə gəlir.