
BAKI, 11 fevral. TELEQRAF
Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0.64% artaraq 3.4661 ABŞ dollarına bərabər olub.
Teleqraf xəbər verir ki, Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyəri 0.01% artaraq 58.27 avro təşkil edib.
Qeyd edək ki, "Title Transfer Facility"də qazın meqavat-saatının dəyəri aylıq əsasda 20.75% bahalaşıb.