
BAKI, 8 fevral. TELEQRAF
Hazırda Ukrayna Azərbaycan qazının Avropa ölkələrinə nəqli üçün çalışır.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georgi Tıxin məlumat verib.
O qeyd edib ki, söhbət konkret olaraq, Azərbaycan qazından gedir, onun başqa mənşəli qazla əvəzlənməsindən yox.
Georgi Tıxi qeyd edib ki, Ukrayna Slovakiyanın Baş naziri Robert Fitsodan fərqli mesajlar alır: "Lakin biz hesab edirik ki, Slovakiya hökuməti digər Avropa ölkələri kimi resursları, onların təchizatını və enerji təhlükəsizliyini əvvəlcədən təmin etməli idi".