BAKI, 27 yanvar. TELEQRAF

Rusiya millisinin sabiq baş məşqçisi Boris İqnatyev 86 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən mütəxəssis ötən gecə dünyasını dəyişib.

İqantivə 2024-cü ilin dekabrında mədəsində xərçəng diaqnozu qoyulmuşdu.

Qeyd edək ki, Boris İqnatyev 1996-cı ildən Rusiya millisinin baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında milli komanda 1998-ci il dünya çempionatının seçmə mərhələsini keçə bilməyib. Bununla belə, İqnatyev daha əvvəl SSRİ-nin gənclərdən ibarət yığmasına rəhbərlik edib və həmin komanda 1988-ci ildə Avropa çempionu olub. Boris İqnatyevin son iş yeri Moskvanın “Torpedo” klubu olub. O, 2013–2018-ci illərdə klubun vitse-prezidenti vəzifəsində çalışıb.