BAKI, 15 sentyabr. TELEQRAF

Azərbaycan və Türkiyə arasında nəqliyyat, ticarət, müdafiə, təhsil, səhiyyə, mədəniyyət və beynəlxalq təşkilatlarla əməkdaşlıq daxil olmaqla bütün sahələrdə geniş əlaqələr mövcuddur.

Teleqraf xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, iki ölkə üçüncü ölkələrdə də birgə fəaliyyət həyata keçirir və genişmiqyaslı regional infrastruktur layihələrində əməkdaşlıq edir:

O qeyd edib ki, Azərbaycan və Türkiyə arasında mövcud əməkdaşlıq mexanizmləri çərçivəsində çoxsaylı tədbirlər keçirilir:

“Ümumilikdə bütün sahələrin hər birində əməkdaşlıq mövcuddur. Təməllər çox genişdir. Ancaq həyat davam edir və bu, bizim üçün yeni imkanlar və yeni çağırışlar yaradır”.

Nazirin sözlərinə görə, Azərbaycan və Türkiyə mövcud əməkdaşlıq imkanlarını daha da genişləndirməkdə maraqlıdır.