BAKI, 15 sentyabr. TELEQRAF
2026-ci ilin ilk 8 ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 3,2 milyard dollardan çox olub.
Teleqraf xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.
C.Bayramov qeyd edib ki, hazırkı mərhələdə iki ölkə arasında çox böyük perspektivə malik və növbəti onilliklərə yönəlik layihələr var:
"Bu kontekstdə işlər aparılır. Həmin layihələr içərisində Azərbaycanda istehsal edilən alternativ enerjinin Qara dəniz üzərindən daşınması, burada Türkiyənin iştirakını, eləcə də Naxçıvanı Türkiyə ilə birləşdirən yeni enerji kabelini qeyd etməliyəm. Bu layihə nəinki Azərbaycan və Türkiyə üçün, Avropa bazarı üçün çox böyük potensiala malikdir".