BAKI, 15 sentyabr. TELEQRAF
Türkiyə xarici işlər naziri Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir.
Teleqraf xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Hakan Fidanla bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.
“108 il əvvəl Azərbaycan Korpusunun da tərkibində olduğu Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edildiyi gündür. Hakan Fidanın Azərbaycana bu səfəri də tarixi günə təsadüf edir”, - o qeyd edib.