BAKI, 15 sentyabr. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.
Teleqraf xəbər verir ki, Türkiyə lideri bu barədə sosial mediada yazıb.
“Dostumuz, qardaşımız Azərbaycanın paytaxtı Bakının düşmən işğalından azad edilməsinin ildönümünü təbrik edir, Qafqaz İslam Ordusunun komandanı Nuri Killigil Paşanı və qəhrəman əsgərlərini rəhmətlə yad edirəm”, - Prezident Ərdoğan bildirib.
