BAKI, 14 sentyabr. TELEQRAF
Mauro İkardi karyerasını Yunanıstanda davam etdirə bilər.
Teleqraf xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, “Olimpiakos” hazırda azad agent statusunda olan 33 yaşlı argentinalı hücumçu ilə müqavilə imzalamaqda maraqlıdır. Yunanıstan klubu artıq İkardiyə rəsmi təklif göndərib.
Argentinalı futbolçunun son klubu “Qalatasaray” olub. İkardi ötən mövsüm Türkiyə çempionatında 31 oyunda 14 qol vurub və 1 məhsuldar ötürmə edib.