BAKI, 15 sentyabr. TELEQRAF

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi barədə məlumatlandırıb.

Teleqraf xəbər verir ki, bunu Ceyhun Bayramov Bakıda Hakan Fidanla keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Cənubi Qafqazda baş verən proseslər, sülh gündəliyi, növbəti atılması tələb olunacaq addımlar barəsində fikir mübadiləsi apardıq”, - o qeyd edib.