BAKI, 15 sentyabr. TELEQRAF
“Polşa xarici işlər naziri Radoslav Sikorski ölkəsinin Rusiya üzərində hərbi üstünlüyünün olduğunu bildirərkən, Moskva ilə hərbi qarşıdurma baş verəcəyi təqdirdə Varşavanın iki-üç günə yox olacağını dərk etmir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev deyib.
Patruşev Sikorskinin Varşavanın hərbi üstünlüyə malik olduğu üçün Moskvanı darmadağın edə biləcəyi barədə sözlərini şərh edərkən qeyd edib ki, o, Rusiyanın hərbi gücünü həvəskarcasına qiymətləndirir və Ukraynada baş verənləri görmür.
“Polşanın Rusiya üzərində hərbi üstünlüyündən danışan Sikorski, görünür, Polşanın Rusiya ilə hərbi əməliyyatlara qoşulacağı təqdirdə ölkəmizin malik olduğu bütün qüvvə və vasitələrdən istifadə edəcəyini və iki-üç günə Polşa dövlətinin varlığına son qoyacağını dərk etmir”, - o vurğulayıb.