BAKI, 15 sentyabr. TELEQRAF
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ prezidentinin xüsusi nümayəndəsi Con Kolla Minskdə keçirilən görüşdə ölkəsində siyasi məhbus olmadığını iddia edib.
Teleqraf xəbər verir ki, o, bunu ölkə qanunvericiliyində müvafiq maddələrin olmaması ilə əsaslandırıb.
“Belarusda siyasi məhbus yoxdur, çünki qanunvericiliyimizdə belə bir maddə yoxdur. Amma bu barədə çox danışılır. Söhbət qanuni olaraq istintaq altında olan və ya islah-əmək koloniyalarında olan insanların - vəkil kimi, bunu çox yaxşı başa düşürsünüz - azadlığa buraxılmasından gedir”, - Lukaşenko bildirib.