BAKI, 15 sentyabr. TELEQRAF

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın neft və qazın ixracından əldə etdiyi gəlirlər məlum olub.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ilin ilk 8 ayında Azərbaycan 16 milyard 377 milyon 579.25 min kubmetr həcmində təbii qaz ixrac edib və bu ixracın dəyəri 5 milyard 710 milyon 869.27 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac edilən təbii qazın həcmi ötən illə müqayisədə 0,46%, dəyəri isə 4,77% azalıb. Azərbaycanın ümumi ixracında təbii qazın payı 26,18% olub.

İxrac edilən neftin həcminə gəlincə, ilin ilk altı ayında 9 milyard 281 milyon 893.55 min dollar dəyərində 14 milyard 677 milyon 951.60 min ton xam neft və xam neft məhsulları ixrac edilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən neftin həcmi 7,83% azalıb, dəyəri isə 10,55% artıb.

Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 42,55% olub