BAKI, 15 sentyabr. TELEQRAF

Azərbaycan və Türkiyənin əməkdaşlığı çərçivəsində bir sıra mühüm çoxtərəfli platformalar fəaliyyət göstərir.

Teleqraf xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan və Türkiyə müxtəlif üçtərəfli və digər formatlarda fəal iştirak edir:

“Görüş zamanı bu formatlar çərçivəsində həyata keçirilən fəaliyyət və koordinasiya məsələləri də müzakirə olunub”.

Ceyhun Bayramov qeyd edib ki, tərəflər arasında koordinasiya işinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.