BAKI, 15 sentyabr. TELEQRAF

“Karvan-Yevlax” heyətinə yeni futbolçu cəlb edib.

Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

I Liqa təmsilçisi “Zirə”dən Abdul Azizi icarəyə götürüb.

20 yaşlı hücumçu Yevlax klubunda 6 ay çıxış edəcək.