BAKI, 15 sentyabr. TELEQRAF

Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin çıxış etdiyi "Malişeva" Kosovo Superliqasında növbəti oyununa çıxıb.

Teleqraf xəbər verir ki, səfərdə “Lapi” ilə keçirilən görüşdə "Malişeva" 4 cavabsız qolla qələbə qazanıb.

Start heyətində meydana çıxan Vüsal 41-ci dəqiqədə komandasının ilk qolunu vurub. Bu, 30 yaşlı yarımmüdafiəçinin cari mövsümdə Superliqada 4-cü qolu olub. O, ötən tur "Gjilani" ilə görüşdə (3:1) het-trik etmişdi.

Hazırda “Malişeva" 13 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və ehtiyatında bir oyuna olan lider "Priştina"dan 2 xal geri qalır.