BAKI, 14 sentyabr. TELEQRAF

İtaliyanın “Yuventus” klubu baş məşqçisi Luçiano Spalletti ilə bağlı qərarını açıqlayıb.

Teleqraf “Radio Anch’io Sport”a istinadən xəbər verir ki, Turin təmsilçisinin baş direktoru Covanni Karnevalli 67 yaşlı mütəxəssisin istefaya göndərilməsinin gündəmdə olmadığını bildirib.

“Yuventus” mövsümün ilk 4 turunda mümkün 12 xaldan 7-ni toplayıb. Turin təmsilçisi son turda səfərdə “Sassuolo”ya 2:3 hesabı ilə uduzub.

Xatırladaq ki, Spalletti “Yuventus”un baş məşqçisi vəzifəsinə 2025-ci ilin oktyabrında gətirilib.