BAKI, 15 sentyabr. TELEQRAF

“İran rejimi içindən çürümüş ağac kimidir, sonda yıxılacaq”.

Teleqraf xəbər verir ki, bunu İsrail hökumətinin keçmiş rəhbəri və baş nazirliyə namizəd Naftali Bennett deyib.

“İran rejimi çürüyüb. O, içindən çürümüş ağac kimidir, sonda yıxılacaq. Və çürümüş ağacı yıxmaq üçün müxtəlif yollarla zərbə vurmaq olar”, - o bildirib.

Bennet bununla təkcə hərbi tədbirləri nəzərdə tutmadığını vurğulayıb.