BAKI, 15 sentyabr. TELEQRAF

İngiltərə təmsilçisi “Lester”in 18 yaşlı futbolçusu Lui Peyc klubdan ayrıla bilər.

Teleqraf “TEAMtalk”a istinadən xəbər verir ki, yarımmüdafiəçi Premyer Liqa təmsilçisi “Mançester Yunayted” və Almaniyanın “Borussiya Dortmund” komandasının maraq dairəsinə düşüb.

Mənbənin məlumatına görə, “Mançester Yunayted” artıq gənc futbolçu ilə bağlı ilkin təmas qurub. “Borussiya Dortmund” isə Lui Peycin çıxışını yaxından izləyir. Almaniya klubunun skautları onun oyunlarını canlı izləyərək potensialını dəyərləndirib.

Tezliklə hər iki klubun rəsmi addım atacağı gözlənilir.

Qeyd edək ki, “Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda səfərdə “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzub. Azərbaycan təmsilçisi üçüncü turda isə Bakıda “Borussiya Dortmund”la qarşılaşacaq. Oktyabrın 20-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.