BAKI, 15 sentyabr. TELEQRAF

AFFA İntizam Komitəsi "Kəpəz" klubunu 5000 manat cərimələyib.

Teleqraf xəbər verir ki, qərar bu gün keçiriıən iclasda qəbul edilib.

Belə ki, sentyabrın 12-də Azərbaycan Premyer Liqasında V turun “Kəpəz”– “Qəbələ” oyununda Gəncə komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilib. Bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Kəpəz” komandası 5000 manat cərimələnib.