BAKI, 15 sentyabr. TELEQRAF

Türkiyə Türk Dövlətləri Təşkilatının qarşıdakı Zirvə toplantısının türk dünyasının ortaq gələcəyi baxımından mühüm hadisə olacağını düşünür.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, sentyabrın 29-da Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası, sentyabrın 30-da isə təşkilatın 13-cü Zirvə toplantısı Ankarada liderlərin iştirakı ilə keçiriləcək:

“Bu zirvəni Türk dünyasının ortaq gələcək təsəvvürünü formalaşdıran tarixi bir an kimi görürük”.