BAKI, 15 sentyabr. TELEQRAF
İspaniyanın “Real Madrid” klubunun futbolçusu Endrik mövsümün sonunadək komandadan ayrılmayacaq.
Teleqraf xəbər verir ki, bu barədə braziliyalı hücumçunun agenti Tiaqo Freitas “365Scores”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, 20 yaşlı futbolçu baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında kifayət qədər oyun şansı qazana bilməsə də “Real Madrid”dən ayrılmaq niyyətində deyil.
Ötən mövsüm “Lion”da icarə əsasında çıxış etdikdən sonra Madrid klubuna qayıdan braziliyalı hücumçu ilə İngiltərə və İtaliya klublarının maraqlandığı bildirilir.