BAKI, 15 sentyabr. TELEQRAF

“Qərb NATO-suna qarşı “İslam NATO-su”nun yaradılması təklifi bir çox İslam ölkəsi tərəfindən qəbul edilib”.

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Fədahüseyn Maliki deyib.

Deputat iddia edib ki, İsrail və ABŞ-nin İrana hücumu müsəlman ölkələri arasında belə bir ittifaqın yaradılmasını qaçılmaz zərurətə çevirib.

“İslam ölkələri arasında birlik və həmrəylik yaradılacağı təqdirdə, ABŞ və İsrail Fələstində, Livanda və Yəməndə öz fəaliyyətlərini davam etdirməyə heç vaxt cəsarət etməyəcək”, - Maliki əlavə edib.