BAKI, 15 sentyabr. TELEQRAF
La Liqa klublarından “Real Madrid” və PSJ-nin sabiq müdafiəçisi Serxio Ramos İngiltərə Premyer Liqasına qayıda bilər.
Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, 40 yaşlı futbolçu “Aston Villa”nın maraq dairəsindədir.
İngiltərə klubu ispaniyalı müdafiəçini transfer etməyi düşünür və tərəflər arasında müqavilənin bağlanması gözlənilir.
Ramos son olaraq ötən ilin sonunda ayrıldığı Meksikanın “Monterrey” klubunda çıxış edib. O, həmin vaxtdan meydana çıxmayıb.
İspaniyalı futbolçu karyerası ərzində “Sevilya”, “Real Madrid” və PSJ kimi klublarda oynayıb.
“Aston Villa” isə Premyer Liqanın yeni mövsümünə uğursuz başlayıb. Unay Emerinin komandası 4 turdan sonra cəmi 1 xal toplayıb və turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.