BAKI, 14 sentyabr. TELEQRAF
Türkiyə təmsilçisi “Qalatasaray”ın almaniyalı futbolçusu İlkay Gündoğan qış transfer pəncərəsində komandadan ayrıla biləcər.
Teleqraf xəbər verir ki, Türkiyə mətbuatında yayılan məlumata görə, 35 yaşlı yarımmüdafiəçi mövsümün əvvəlindən əsas heyətdə forma şansı tapmaqda çətinlik çəkir.
Gündoğan “Qalatasaray”ın keçirdiyi beş rəsmi matçın ikisində meydana çıxıb və cəmi 11 dəqiqə şans qazanıb. Bununla yanaşı, texniki heyətin mövsüm planlamasında yer almayan Kaan Ayhan və Vilfried Singo ilə də qış transfer pəncərəsində yolların ayrıla biləcəyi iddia olunur.
Qeyd edək ki, 2025-ci ildən "Qalatasaray"ın formasını geyinən İlkay Gündoğanın “Qalatasaray”la müqaviləsi mövsümün sonunda başa çatır.