BAKI, 15 sentyabr. TELEQRAF

İtaliya təmsilçilərindən “Latsio” Mauro İkardi ilə bağlı danışıqları yenidən başladıb.

Teleqraf xəbər verir ki, bu barədə “Sky Sport Italia” məlumat yayıb.

İtaliya klubu hazırda azad agent statusunda olan argentinalı hücumçunun meneceri ilə əlaqələri bərpa edib. İkardinin də “Latsio” variantına yay transfer dönəmindəkindən daha müsbət yanaşdığı bildirilir.

Məlumata görə, yaxın saatlarda 33 yaşlı futbolçunun namizədliyi komandanın baş məşqçisi Cennaro Qattuzo ilə müzakirə olunacaq. Transferlə bağlı yekun qərar məhz onun mövqeyindən asılı olacaq.

Bundan öncə, Yunanıstan klublarından “Olimpiakos” da hazırda azad agent statusunda olan 33 yaşlı argentinalı hücumçu ilə müqavilə imzalamaqda maraqlıdır. Yunanıstan klubu artıq İkardiyə rəsmi təklif göndərib.

İkardi ötən mövsüm 47 oyunda 16 qol vurub və 3 məhsuldar ötürmə edib. Argentinalı hücumçunun son klubu “Qalatasaray” olub.