BAKI, 14 sentyabr. TELEQRAF

İngiltərə təmsilçilərindən “Mançester Yunayted” Erik Qarsiya ilə müqavilə imzalamaq istəyir.

Teleqraf xəbər verir ki, İngiltərə klubu “Barselona”nın 25 yaşlı müdafiəçisinin transferində maraqlıdır.

“Mançester Yunayted” ispaniyalı futbolçuya “Barselona”da qazandığından xeyli yüksək maaş təklif etməyə hazırdır. Klub rəhbərliyi PSJ-nin də maraq göstərdiyi Qarsiyanı transferə razı salmaq istəyir.

Bununla belə, “Mançester Yunayted”in müdafiəçini transfer etmək şansının hazırda çox aşağı olduğu bildirilir.

Qarsiya bu mövsüm La Liqada 4 oyunda meydana çıxıb və qol vurmayıb.