BAKI, 15 sentyabr. TELEQRAF

Hörmüz boğazında sərbəst keçidlərə icazə verilməlidir.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

"Krizin həlli üçün bütün tərəflərlə təmasları kəsintisiz olaraq davam etdiririk. İranda baş verənlər bölgəmizə təsir göstərir. Problemin ən qısa zamanda diplomatik yolla həll olunmasını istəyirik”.