BAKI, 15 sentyabr. TELEQRAF

Azərbaycan və Türkiyə arasında iqtisadi və ticarət əməkdaşlığının daha da inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, qarşılıqlı investisiyalar, birgə layihələr və ticarət dövriyyəsi ildən-ilə artır:

“Prezidentlərimiz tərəfindən ortaya qoyulan 15 milyard dollarlıq ticarət həcminə ən qısa zamanda çatmaq üçün bütün qurumlarımız, peşəkar təşkilatlarımız və ticarət qurumlarımız var gücü ilə çalışmaqdadır”.

Nazir enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığın, xüsusilə Orta Dəhlizin daha səmərəli istifadəsinin əhəmiyyətini vurğulayıb.