BAKI, 14 sentyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.
Teleqraf xəbər verir ki, turun son oyununda debütant “Şəfa” son çempion “Sabah”ı qəbul edib.
Sumqayıtda “SOCAR Polymer Arena”da keçirilən görüş “bayquşlar”ıb 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Nicat İsmayıllıbın idarə etdiyi matçda qolları Patrik Mbina (25), Abdulah Xaybulaev (30) və Velko Simiç (69) vurub.
“Sabah” 12 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 3 xalı olan “Şəfa” isə 10-cu sıradadır.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “İmişli”ni 3:2, “Kəpəz” isə “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib. “Sumqayıt” – “Şamaxı” (1:1), “Araz-Naxçıvan” – “Turan Tovuz” (2:2) və “Zirə” – “Qarabağ” (1:1) görüşlərində isə qalib müəyyənləşməyib.