BAKI, 15 sentyabr. TELEQRAF

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 3,49% artaraq 33 milyard 238,39 milyon ABŞ dolları təşkil edib.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkə üzrə ixrac 27,83% artaraq 21 milyard 815,04 milyon ABŞ dolları olub. İdxal isə 24,11% azalaraq 11 milyard 423,35 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsində 10 milyard 391,69 milyon dollarlıq müsbət saldo yaranıb və bu, ötən ilin eyni dövrünə nisbətən 5,16 dəfə çoxdur.