BAKI, 15 sentyabr. TELEQRAF
İspaniya La Liqa təmsilçilərindən “Real Madrid” və Fransa millisinin sabiq hücumçusu Kərim Benzema Avropaya qayıda bilər.
Teleqraf xəbər verir ki, hazırda azad agent olan 38 yaşlı futbolçu ilə Almaniyanın “Bayer” klubu maraqlanır.
Leverkuzen təmsilçisi Benzemanın nümayəndələri ilə əlaqə yaradıb. Fransalı hücumçu mümkün transferi “Real Madrid”in sabiq futbolçuları Lukas Vaskes və Musa Diabi ilə də müzakirə edib.
Benzema ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında “Əl-Hilal”ın heyətində 10 oyuna çıxıb. O, bu matçlarda 9 qol vurub və 2 məhsuldar ötürmə edib.